Ukrayna ordusu tərəfindən Donetskdə Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) radiokəşfiyyat bölməsinin şəxsi heyəti və 14 hərbi texnika məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə rusiyalı blogger Oleq Yarçuk məlumat verib.
“Donetsk rayonu. Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının olduğu yer yüksək dəqiqlikli raketlə vurulub. Raket zərbəsindən sonra Ukrayna ordusu atıcı silahlar və qumbaraatanlar vasitəsilə hücuma keçib. Bölüyün hərbi texnikası (14) tamamilə məhv edilib. Şəxsi heyətin itkiləri dəqiqləşdirilir”, - Yarçuk bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.