"Erməni tərəfi cəfəng məlumatlar yayır" - Nazirlik
Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin guya cəbhədə baş verən atışmada öldürülmüş hərbçimizin meyitinin götürülməsinə icazə verməsi barədə bəyanatını şərh edib.
Nazirliyin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, erməni tərəfi yenə də cəfəngiyyat xarakterli məlumat yaymaqdadır.
“Biz artıq dünən də erməni tərəfinin oxşar bəyanatını cavablandırmışıq. Bu, erməni tərəfinin növbəti təxribatıdır. Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyiblər. Belə olan halda, erməni tərəfi hansı meyitin götürülməsindən danışır?”, - deyə, qurumdan vurğulayıblar.
Nazirlikdən həmçinin onu da bildiriblər ki, Azərbaycan tərəfi qoşunların təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.