banner
banner

Gündəm

Yeni il ərəfəsində əfv ola bilər

Yeni il ərəfəsində əfv ola bilər

Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il ərəfəsində əfv ola bilər. Cia.az saytı xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Əfv Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

O qeyd edib ki, Azərbaycan prezidenti tərəfindən bir neçə dəfə bu bayramlar münasibətilə əfv sərəncamları imzalanıb və çoxlu sayda məhkum azadlığa qovuşub və ya cəzaları azaldılıb.

“Bu təcrübənin bu il də davam edəcəyini istisna etmirəm. Əfv məsələləri Komissiyasının katibliyi və hüquq-mühafizə orqanları ilə iş sektoru fasiləsiz rejimdə işləyir, daxil olan əfv müraciətlərinin emalını həyata keçirir, müvafiq arayışlar hazırlayır və komissiyanın sədrinə təqdim edir. Əfv Komissiyasının üzvü kimi bizə daxil olan müraciətləri Komissiyanın katibliyinə göndəririk.

 

Hal-hazırda ilin sonunda əfv sərəncamının olub-olmayacağını söyləmək çətindir. Çünki bu, prezidentin səlahiyyətində olan məsələdir. Amma son illərin təcrübəsi bunu göstərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 61 dəfə əfv sərəncamı imzalanıb. Nəticədə 9 minə yaxın şəxs müxtəlif cəzadan azad olunub”.

 

Ə.Nuriyevin sözlərinə görə, hazırda əfvlə bağlı komissiyaya müraciətlər daxil olur: “Əfv Məsələləri Komissiyasına müraciətlərin sayı 100-ü keçib”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.