banner
banner

Gündəm

Avtoritet yaralandı: Moskvada mafiya savaşa başlayır

Avtoritet yaralandı:
Moskvada tacik mafiyası – avtoritetlər Hacı Abucabbar və Lutfulla tərəfdarları arasında müharibə başlayır.
Axar.az xəbər verir ki, Rusiya mətbuatı yaxın günlərə qədər Abucabbar və Lutfullanın dost münasibətlərdə olduğunu yazıb. Abucabbar “Moskva”, “Yujnıy dvor”, “Sadovod”, o cümlədən müxtəlif bazarlarda çalışan tacik işçiləri nəzarətdə saxlayır. Lutfulla da vaxtilə Abucabbarın Moskvada tacik mafiyası liderlərindən biri olmasına yardım edib, onun vuran əli sayılıb. Bunun nəticəsində külli miqdarda mükafat da əldə edib.
 
Nəhayət, Abucabbar öz silahlı dəstəsini yaratdıqdan sonra müstəqil hərəkət etmək qərarı verib. Daha sonra Lutfullanın haqqını ciddi şəkildə azaldıb. Bu isə qarşı tərəfin narazılığına səbəb olub.
 
Bu ərəfədə Abucabbarın qəfildən Moskvadan getməsi və Lutfullanın hansısa qrup tərəfindən açılan atəşlə yaralanması vəziyyəti daha da dramatikləşdirib. Moskvaya qayıdan Abucabbar vəziyyəti izah edib ki, sənədlərini qaydaya salmaq üçün Tacikistana getməyə məcbur olub və diplomatik pasport alaraq geri qayıdıb.
 
Ancaq Lutfulla və onun adamları bu versiyaya o qədər də inanmırlar. Onlar Lutfullanın Abucabbarın sifarişi ilə güllələndiyini düşünürlər. Hazırda Lutfulla gizli şəkildə müalicə olunur. Müalicədən sonra onun cavab zərbəsi endirəcəyi gözlənilir.
 
Abucabbar da əslində bu zərbəni qarşılamağa hazırlaşır, ona görə də cangüdənlərinin sayını bir neçə dəfə artırıb.
 
Lutfulla keçmiş peşəkar hərbçidir, Tacikistanın xüsusi hərbi dəstəsinin komandiri olub. Onun dəstəsində keçmiş peşəkar hərbçilərin olduğu bildirilir. Abucabbar isə son vaxtlar böyük idmançı qrupları himayəsi altına alıb: onların yarışlarını təşkil edir, mükafatlar verir və s.
 
“Əgər bu müharibə qızışsa, çoxsaylı qurbanlar gözlənilir”, - bu sözləri “Rosbalt”a Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.