banner
banner

Gündəm

2 milyon dollarlıq rüşvət: Rusiyanın iqtisadi inkişaf naziri həbs olundu

2 milyon dollarlıq rüşvət:

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusilə məxfi əməliyyat nəticəsində 2 milyon dollar həcmində rüşvət alarkən həbs olunub.

Virtualaz.org Rusiya Federasiyası İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, dünən axşam istintaq əməliyyatı çərçivəsində “Başneft” şirkətinin səhmlərinin 50%-nin alınmasında yardımçı olması üçün iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə “Rosneft” şirkətinin nümayəndələri tərəfindən 2 milyon dollar həcmində rüşvət verildiyi zaman həbs tədbiri həyata keçirilib.

İdarədən bildirildiyinə görə, əməliyyat çərçivəsində baş vermiş bu hadisə xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən planlaşdırıldığından, “Rosneft”ə qarşı heç bir iddia irəli sürülməyəcək.

Kremlin mətbuat katibi Dmitri Peskov baş verənləri “RİA Novosti” üçün şərh edərkən, bunun çox ağır ittiham olduğunu, hər şeyin məhkəmədə həll ediləcəyini bildirib. Peskovun sözlərinə görə, baş verənlərdən prezident Putinin xəbərdar olub-olmadığını bilmir.

Federal Təhlükəsizlik Xidmətindən verilən açıqlamaya görə, nazir Aleksey Ulyukayev son bir il ərzində Xidmətin nəzarətində imiş və keçiriləcək əməliyyat barədə çox az adamın məlumatı varmış.

Life.ru əlavə edir ki, rüşvəti aldıqdan dərhal sonra ətrafında ciddi görkəmli və hərbi formalı adamları görən nazir çaşqınlıqla yüksək rütbəli məmurlara dəfələrlə telefonla zəng edib və “Burada nə baş verir?” deyə soruşub. İlk saniyələrdə ona elə gəlib ki, bu sadəcə olaraq kiminsə təşkil etdiyi bir oyundur.

İstintaq İdarəsi yaxın saatlarda nazirə qarşı ittihamın irəli sürüləcəyini bildirib.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.