banner
banner

Sosİal

"Azəristiliktəchizat"da nə baş verir? - ŞOK TƏFƏRRÜAT

"Azəristiliktəchizat"da nə baş verir?
"Azəristiliktəchizat" ASC-nin  Bakının Yasamal rayonundakı 8  saylı İstilik Sistemlərinin İstismar Sahəsində minlərlə mənzilin istiliksiz qalmasına səbəb olan təxribat baş verib. "Yeni Müsavat"ın əməkdaşı Yeni Yasamal qəsəbəsindəki əksər binalara şaxtalar başlayan gündən istilik verilməsinin dayandırılmasının pərdəarxası məqamlarına aydınlıq gətirib. 
 
Əməkdaşımız son günlər Yeni Yasamal qəsəbəsində yaranan istilik böhranının səbəblərini araşdırmaq üçün 8  saylı İstilik Sistemlərinin İstismar Sahəsinin qazanxanasında olub. Onun orda əldə etdiyi məlumata görə, baş verənlər arxasında təxribat əməli dayanır. Belə ki, qazanxanaya məsul olan Arif adlı şəxsə işdən çıxarıldığı elan edilib. Lakin onun yerinə təyinat olanadək vəzifəsinin icrasını davam etdirib. Müvəqqəti anlaşılmaz vəziyyət və şaxtalı havanın da həmin vaxta təsadüf etməsi Arifə müdiriyyəti cəzalandırmaq üçün əvəzsiz şərait yaradıb. Yanvarın 8-i axşam saatlarında - Bakıya güclü qar yağmağa başlayanda, o, Yeni Yasamal qəsəbəsini istiliksiz qoymağa nail olub. Qazanxananın müvəqqəti rəisi axşam saat 21 radələrində əvvəlcə qazanxananın elektrik ayırıcısını sıradan çıxarıb. Daha sonra, o, bütün qazanların suyunu, o cümlədən. 56 tonluq su ehtiyyatını boşaldıb. Beləliklə, minlərlə mənzili əhatə edən və onminlərlə sakinə ziyan vuran istilik böhranı yaradılıb. 
 
 
Yanvarın 10-da "Azəristiliktəchizat" ASC-nin rəhbərliyi də məsələyə müdaxilə edib və vurulan zərərin aradan tez bir zamanda qaldırılmasına cəhd edilib. Yanvarın 11-i elektrik ayırıcılarının fəaliyyətini bərpa etmək mümkün olub. Amma qazanların su ilə doldurulması məsələsində işlər yolunda getməyib. Daha doğrusu, "Azəristilik" və "Azərsu"nun Yasamal rayonundakı idarələrinin rəhbərləri arasında intriqa buna mane olub. Belə ki, Yeni Yasamal qəsəbəsində əhaliyə su bəlli saatlarda verilir. Bu saatlarda isə suyun təzyiqi aşağı olur və qazanları doldurmaq üçün vaxt çatmır. 8  saylı İstilik Sistemlərinin İstismar Sahəsi qrafikdən əlavə su verilməsini istəsə də, artıq neçənci gündür ki, rədd cavabı alır. 
 
 
"Yeni Müsavat" 8  saylı İstilik Sistemlərinin İstismar Sahəsindəki təxribatla bağlı Yasamal rayonunun hüquq-mühafizə orqanları ilə də əlaqə saxlayıb. Amma məlum olub ki, bu barədə nə prokurorluğa, nə də polisə məlumat verilib. Qeyd edək ki, əmlakın qəsdən zədələnməsi və ya məhv edilməsi cinayət məsuliyyəti nəzərdə tutan əməldir. 
 
"Azəristiliktəchizat"ın nədən hüquq-mühafizə orqanlarına müraciət etməməsi ilə bağlı ehtimallar var. Bu ehtimallardan ən tutarlısı budur ki, işdən çıxarılan qazanxana rəisi istilik sisteminə yeni qoşulan binalarda mənzillərin hər otağına görə 40 manat pul yığılmasının birbaşa icraçısıdır. Onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edilməsi bu cinayətin də üstünün açılmasına və yığılan vəsaitin ASC rəhbərliyinə qədər ötürülməsi "nərdivan"ı ifşa oluna bilər. Odur ki, "Azəristiliktəchizat" rəhbərliyi məsələni sakitliklə yoluna qoymağa çalışır. Yeni Yasamalda isə artıq 4 gündür ki, istilik yoxdur...
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.