banner
banner

Sosİal

Üç hakimin başı dərddə - Cinayət işi

Üç hakimin başı dərddə

Azərbaycanda məhkəmə sədri barəsində intizam icraatına başlanılıb.
Bu barədə "Report"a ədliyyə orqanlarından bildirilib. Belə ki, Məhkəmə-Hüquq Şurası tərəfindən 3 hakim barədə intizam icraatına başlanılıb. Buna səbəb vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud pozduqları göstərilib.

Həmin hakimlərdən biri isə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərovdur.

Qeyd edək ki, M.Əkbərov 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının (MR) ədliyyə naziri, 2000-2007-ci illərdə Naxçıvan İqtisad Məhkəməsinin sədri işləyib. O, 2007-ci ildən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədridir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.