Müğənni Ayan Babakişiyeva “Hələ bu harasıdır” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi gözəllik yarışmasından bəhs edib. O, bir vaxtlar ölkədə keçirilən gözəllik müsabiqələrindən birinə rəhbərlik etmək istədiyini deyib: “Gözəllik müsabiqələri ilə maraqlandım. Layihəni gerçəkləşdirmək üçün 600 min manat lazımdır. Amma məni qorxudan bu olmadı. Nə qədər də yaxşı təşkil etsəm, qalmaqalsız ötüşməyəcəyini bilirəm. İnsanlar tənqid üçün mütləq nəsə tapacaqdılar. Ona görə də, tərəddüd etdim”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.