banner
banner

Sosİal

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: “Sabahdan cərimələnəcəklər”

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ:

“Noyabrın 16-dan avtomobilinin şüşələrinə pərdə, plyonka, jalüz və görmə qabiliyyətini zəiflədən digər vasitə çəkərək idarə edən sürücülər məsuliyyətə cəlb olunacaqlar”.

Bu haqda Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Polkovnik deyib ki, “Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, qaydalara riayət etməyən sürücülər cəzalanacaqlar:

““May ayının 1-dən noyabrın 15-dək isti hava şəraiti ilə əlaqədar avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin çəkilərək idarə edilməsinə icazə verilmişdi. Noyabrın 15-də həmin müddət bitir və bu müddətdən sonra avtomobili pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitələrlə idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər. Bu qayadaya riayət etməyən sürücülər 150 manat məbləğində cərimə ediləcəklər”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.