banner
banner

Hərbİ

Ordu atəş mövqeyinə çıxarıldı: Zakir Həsənov səyyar komanda məntəqəsində

Ordu atəş mövqeyinə çıxarıldı:

Azərbaycan ordusunun noyabrın 12-də başlayan və 60 minlik canlı qüvvənin, yüzlərlə tank, raket və artilleriya sistemlərinin, onlarla döyüş təyyarəsi və vertolyotlarının iştirak etdiyi irimiqyaslı təlimlərinin həlledici mərhələsi başlayıb. 

Cia.az xəbər verir ki, Müdafiə Nazirliyi təlimlərin gedişinə dair növbəti qısa videoroliki yayıb. Kadrlardan məlum olur ki, çoxsaylı artilleriya sistemləri və reaktiv yaylım atəşi sistemləri səhra poliqonunda atəş mövqeyinə çıxarılıb və təlim atışları üçün hazır vəziyyətdədir. Habelə tanklar və digər zirehli döyüş texnikası şərti düşmən hədəflərinə hücum üçün son manevrləri edir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin irimiqyaslı hərbi təlimlərin keçirildiyi poliqonda yaradılan səyyar komanda məntəqəsində olub.

Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə Müdafiə nazirinə məruzə olunub.

İdarəetmənin, təminatın, yardımçı qrupların, məntəqələrin işinin, döyüş növbətçiliyinin təşkili və aparılması məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təmin edilən mobil qərargahda fəaliyyətləri izləyən Müdafiə naziri müvafiq göstərişlər verib.

Xatırladaq ki, hərbi təlimlərin başladığı gün prezident İlham Əliyev də cəbhə bölgəsində, cənub istiqamətində düşməndən azad edilmiş Lələtəpədə olub. Ali Baş komandan əsgərlər qarşısında çıxışı zamanı deyib ki, Azərbaycan dövləti orduya “nə qədər lazımsa vəsait” ayırmaqda davam edəcək. İlham Əliyevin sözlərinə görə, aprel döyüşlərindən sonra Azərbaycan bir sıra müasir və hədəfi dəqiq vuran silah sistemləri alıb, həmin silahlar artıq ordunun sərəncamındadır. 

Mümkündür ki, təlimlərdə ordunun sərəncamına yeni daxil olan bu silah sistemləri də sınaqdan keçirilir, ancaq Müdafiə Nazirliyi məxfiliyi nəzərə alaraq həmin sistemlərin görüntülərini yaymır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.