banner
banner

Dünya

ABŞ-ın "brilyant həkimi" Trampa yox dedi - səbəbi...

ABŞ-ın "brilyant həkimi" Trampa yox dedi - səbəbi...
Beyin cərrahı olan Ben Karson ABŞ-ın 45-ci prezidentinin  kabinetində səhiyyə naziri vəzifəsində olmaq istəməməsini  D. Trampın özünə bildirib. 

Karsonun yaxın dostu, biznes meneceri Armstrong Villiyams "The Hill"ə xəbər verib ki, o kabinetdə yer almayacaq və ancaq qeyri-rəsmi məsləhətçi kimi fəaliyyət   göstərəcək.  
 
Mətbuatda bu vəzifənin ona  verilməsi xəbərləri yayılsa da, Villiyams "The Hill"ə  belə bir təklifin olmadığını, lakin hər şeyin ona açıq olduğunu  bildirib: "Karson hesab edir ki, onun dövləti idarə etmə  təcrübəsi yoxdur və o, heç vaxt  federal qurumda çalışmayıb. Prezidentliyi zəiflədə biləcək postu tutmaq onun ən axırıncı istəyəcəyi  şeydir", deyə Villiyams telefonla bildirib.  Ben Karson Respublikaçılar Partiyasından başqan namizədliyi üçün yarışıb, lakin yarışdan çəkildikdən sonra Trampı dəstəklədiyini açıqlamışdı. O, "Obama Qayğısı" adlandırılan Obama administrasiyasının sağlıq islahatlarına  qarşı olub.
 
Bundan əlavə,  Karsonun həm də Təhsil Naziri vəzifəsinə namizəd olacağı da gələn xəbərlər arasında idi. Qeyd edək ki, noyabrın əvvəllərində Tramp onu "brilyant həkim" adlandırmış və kabinetdə yer verəcəyini açıqlamışdı.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.