banner
banner

Şou

"Bred Pitt mənimlə sevgili deyil" - Marion Kotiyar

"Bred Pitt mənimlə sevgili deyil" -

"Müttəfiqlər" (Allied) filmində çəkilən fransalı aktrisa Marion Kotiyar Bred Pittlə arasındakı münasibətdən danışıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa onlar arasında sevginin olması iddialarını rədd edərək Pittlə ancaq iş münasibətləri olduğunu vurğulayıb. 

"Bredin hansısa aktrisa ilə sevgili olmasının mənə aidiyyatı yoxdur. O, gözəl aktyordur və mən də onunla ancaq işlə bağlı əlaqə saxlayıram. Bizi başqa heç nə birləşdirmir", - deyə Marion əlavə edib.

Qeyd edək ki, Pittə yaxın mənbə ötən gün "Grazia" jurnalına açıqlama verərkən onun məşhur aktrisa ilə sevgili olduğunu söyləyib. Mənbə deyib ki, əvvəllər Bred Ancelina ilə ayrılığa təəssüflənsə də, amma indi tək qalmaq istəyir:

"Pitt artıq Coli ilə barışmaq niyyətində deyil. Onun başqa bir məşhur aktrisa ilə sevgi münasibəti var. Mən söz vermişəm ki, həmin aktrisanın adını onların icazəsi olmadan açıqlamayacam. Təkcə onu deyə bilərəm ki, hər ikisi bir-birini dəlicəsinə sevir".

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.