Fransanın ən çox axtarılan qadınının təhlükəsizlik kamerası vasitəsilə çəkilmiş görüntüləri yayılıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə rəsmiləri "Habertürk" televiziyasının əldə etdiyi görüntülərdəki qadının 26 yaşlı Həyat Bumedyen olduğuna inanır. Assoşieyted Press agentliyinin verdiyi məlumata görə, Türkiyənin adının açıqlanmadığı yüksək səviyyəli rəsmisi videoda göstərilən qadının Bumedyen olduğunu təsdiq edib. Onun harada olduğu barədə məlumat yoxdur.
Təhlükəsizlik kamerası ilə çəkilmiş videoda qadının İstanbulun Sabiha Gökçən hava limanında onu müşayiət edən bir nəfər kişi ilə pasport nəzarət masasına yaxınlaşdığı göstərilir.
Qeyd edək ki, Həyat Bumedyen Parisdə üç gün sürən və 17 adamın ölümülə nəticələnmiş terror hadisələri ilə bağlı Fransa rəsmiləri tərəfindən axtarışdadır.
Fransa rəsmiləri yanvarın 9-da Kulibalinin Parisdəki supermarketdə vurulub öldürüldüyü zaman Hayat Bumedyenin orada olduğunu təsdiq ediblər. Türkiyənin Anadolu xəbər agentliyi isə ölkənin Xarici İşlər naziri Mevlut Çavuşoğluya istinadən Bumedyenin Türkiyəyə yanvarın 2-də Madriddən gəldiyi və yanvarın 8-də Suriyaya getdiyi haqda məlumat verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.