banner
banner

Gündəm

Komitə sədrinin qardaşı saxlanıldı- NAZİM İBRAHİMOV ONU XİLAS EDƏ BİLƏCƏKMİ?

Komitə sədrinin qardaşı saxlanıldı-
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov bir neçə gün əvvəl Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılıb. 
Bu barədə Gununsesi.info-ya İbrahimovlar ailəsinə yaxın mənbədən məlumat daxil olub. Məlumatda bildirirlir ki, sahibkar kimi vergi uçotunda dayanan Sahib İbrahimov dövlətə olan 1.5 milyon vergi borcunu ödəməkdən yayınır. Dəfərlərlə xəbərdarlıq edilməsinə, möhlət verilməsinə baxmayaraq, o, vergi borcunu ödməyib. Nəhayət, Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunan Sahib İbrahimov elə oradaca şübhəli şəxs qismində saxlanılıb. 2 sukta nazirliyin müvəqqəti saxlama yerində saxlanılan iş adamı sonradan “yuxarıdan” gələn zənglə sərbəst buraxılıb.
Məlumatı redaksiyamıza verən mənbə onun azad olunmasına baxamayaraq, Sahib İbrahimovun qısa zaman ərzində borcunu ödəyəcəyinə dair iltizam verdiyi bildirilir.
 
Məsələ ilə bağlı Gununsesi.info-nun sorğusunu cavablandıran Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Əməliyyat İdarəsinin rəisi Ənvər Yusifov bu barədə bir söz deməyəcəyini bildirib: “Mən sizə bu barədə heç nə deyə bilmərəm. Nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayın”.
 
Qeyd edək ki, İbrahimov qardaşlarının adı ölkədə bir çox qalmaqallarda hallanır. Belə ki, Sahib İbrahimovdan əvvəl Hacı İbrahim Nehrəmli dövlətə olan kredit borcunu qaytarmadığına görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunmuşdu.
 
 
ibrahimovlar
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.