banner
banner

Sosİal

Azərbaycanlı gəncdən unikal addım

Azərbaycanlı gəncdən unikal addım

Beynəlxalq Avrasiya Mətbuat Fondunda milli ay adlarımızın təqvim təqdimatı keçirilib.

ANS PRESS-in məlumatına görə, 2015-ci ilin təqvimləri araşdırmaçı-jurnalist Tural Turanın "Türk kökənli milli ay adlarımıza qayıdış" tədqiqat məqaləsi əsasında hazırlanıb. Məqalə Türkiyənin Ankara şəhərində “Avrasiya-Turan” Araşdırmaları Mərkəzinin “Özkökə qayıdış – dünənin izi ilə” məqalə yarışmasında birinciliyi qazanıb. Bu yarışma Türkiyənin Ankara şəhərində “Avrasiya-Turan” araşdırmaları mərkəzinin “Özkökə qayıdış – dünənin izi ilə” məqalə, şeir və hekayə müsabiqəsi əsasında gerçəkləşib.

Tədbiri tanınmış jurnalist Vəli Əkbər açıq elan edərək Tural Turanın bu işinin təqdirəlayiq olduğunu bildirib: "Ümid edirik ki, bu kimi layihələr ortaq türk mədəniyyətinə önəmli töhvələr verəcək. Türk topluluqlarının yaxınlaşmasında mühüm rol oynayacaq. Bu proseslərin baş verməsi tarixi zərurətdir".

Təqdimat mərasimində çıxış edən Tural Turan bildirib ki, təqvim Türkiyədə hazırlanıb. Onun sözlərinə görə, milli və ortaq təqvim məhdud sayda da olsa yeddi türkdilli respublikalara da göndərilib. Araşdırmaçı təqvimin bütün xərclərini bir türk şirkəti öz üzərinə götürdüyünü bildirib.

Daha sonra iştirakçılar təqvim haqqında fikirlərini və tövsiyələrini səsləndiriblər. Çıxış edənlər layihənin daha geniş aspektdə ictimailəşdirilməsinə tərəfdar olduqlarını bildiriblər.

Tədbirdə çıxış edən tanınmış ziyalı Umud Rəhimoğlu bu ay adlarının bir çoxunun ahıl, yaşlı insanların yaddaşında hələ də ilişib qaldığını söyləyərək bu ay adlarının yenidən ictimai müzakirəyə çıxarılmasının vacibliyini vurğulamışdır. Tədbirdə tələbələr, gənc yazarlar, ictimaiyyət və media nümayəndələri də iştirak etmişlər.

Təqdimatın sonunda iştirakçılar xatirə şəkili çəkdiriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.