banner
banner

Gündəm

Eks-deputat 270 min dollar uduzub? - “...məni qətiyyən narahat etmir”

Eks-deputat 270 min dollar uduzub? -

Milli Məclisin Kürdəmirdən olan keçmiş deputatı,  lisenziyası geri alınmış “Debüt bank”ın sabiq rəhbəri Fərhad Qəribov Tibilisidəki kazinoların birində 270 min dollar uduzması barədə Azərbaycan mətbuatında yayılmış xəbərə münasibət bildirib
O, Modern.az-a açıqlamasında deyib ki, yazılanlar yalandan başqa bir şey deyil:

“Mən bilmirəm bunu kim yazır, niyə yazır, məndən nə istəyir. Amma heç maraqlı da deyil. Mən hazırda evimdəyəm, Bakıda”.

F.Qəribov ümumiyyətlə kazinolara getməyi xoşlamadığını vurğulayıb:

“Mən kazinoya getməyi xoşlamıram. Mənim təqaüdümü yığsanız, heç o qədər eləməz. Hardandır məndə 270 min dolar ki, onu uduzam?”.

 

Eks-deputat “axı haqqin.az-da 270 min dollar uduzduğunuz iddia olunan xəbərlə yanaşı, kazinoda çəkilmiş videoda görüntüləriniz də var, buna nə deyirsiniz” sualına deputat “olsun, bunlar məni qətiyyən narahat etmir və maraqlandırmır. Mənim heç 5 manat pulum yoxdur, qaldı ki, 270 min dollarm ola və onu kazinoda uduzam”, - deyə cavab verib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.