banner
banner

Gündəm

Nazir müavini Elmir Vəlizadə: “Mən də “paket” alırdım, ayda 30 min...”

Nazir müavini Elmir Vəlizadə:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli əməkdaşlarının işi üzrə istintaq materialları bu nazirlikdə uzun illər hökm sürmüş dəhşətli korrupsiya və mənimsəmə mexanizmini üzə çıxarır. 

Virtualaz.org xəbər verir ki, orada qurulmuş sistemi əsasən nazirliyin tərkibindəki strukturlardan və müəssisələrdən aylıq gəlirlər, habelə xərclərin şişirdilməsi yolu ilə əldə olunan pullar ümumi “kassada”, yaxud oğru dünyasında olduğu kimi “obşak”da toplanırdı. Daha sonra oradan vəzifəsinə və mövqeyinə uyğun olaraq nazirliyin rəhbər işçilərinin hərəsinin öz payı ayrılırdı. 

Məlum olur ki, nazir Əli Abbasovun aylıq “paketi” 200-300 min manat, nazir müavinlərinin “paketi” isə 30 min manat və daha çox olub.

İstintaq materiallarına əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Rzayevin və digərlərinin işi üzrə hazırda da nazir müavini kimi işləyən Elmir Vəlizadə də şahid qismində dindirilib.

Vəlizadə Elmir Tofiq oğlu ifadəsində 26.12.2007-ci il tarixdən hazıra kimi rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində işlədiyini bildirib. O, ayda 50 min manat “paket” aldığını etiraf edən digər nazir müavini İltimas Məmmədovla eyni məzmunlu ifadə verərək keçmiş nazir Əli Abbasov tərəfindən ona aylıq olaraq əvvəllər 3 min manat, sonradan 15 min manat, son dövrlərdə isə 30 min manat «paket» şəklində pulların verildiyini təsdiqləyib.

Elmir Vəlizadənin sözlərinə görə, o, həmin vəsaiti almaqdan imtina etmək istəsə də, nazir Əli Abbasov deyib ki, puldan imtina etmək olmaz. Çünki bu “ümumi qaydadır” və yığılan pullar nazirliyin rəhbər işçiləri arasında paylanır. Nəticədə E.Vəlizadə bu qayda ilə aylıq olaraq hər ay qeyd olunan məbləğdə “paket” aldığını təsdiq edib.

İstintaq ləğv edilmiş MTN-nin Transmilli Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləmiş general Sübahir Qurbanovun da ifadəsini alıb. O,  Vidadi Zeynalovun ona hər ay mütəmadi olaraq pul göndərmədiyini, lakin sonuncudan bir neçə dəfə ad günü və toy şənlikləri üçün hədiyyə tapmasını xahiş etdiyini, sürücüsü Ramil vasitəsi ilə həmin hədiyyələri ondan qəbul edib dəyərini ödədiyini iddia edib.

Lakin sürücü istintaqa ifadəsində generalı “satıb”, deyib ki, Sübahir Qurbanovun tapşırığı ilə  ayda bir dəfə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Aparat rəhbəri Vidai Zeynalovun yanına gedib, Zeynalov nazirliyin binasının 2-ci mərtəbəsində yerləşən xidməti otağında ona hər dəfə 16x16x10 sm ölüçdə, şəffaf izolentlə bağlanmış və içərisi görünməyən sellofan «paket» verib. Sürücü deyib ki, həmin paketi ondan alıb Sübahir Qurbanova çatdırıb, bağlamanın içərisində pul olduğunu bilirmiş, ancaq miqdarınan xəbərsiz idi. Sürücü təsdiqləyib ki, 3-4 il ərzində bu qayda ilə Vidadi Zeynalovun verdiyi bağlamanı Sübahir Qurbanova çatdırıb, V.Zeynalovdan son dəfə 2015-ci lin oktyabr ayında paketi alıb Sübahir Qurbanova aparıb.

Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi vəzifəsində işləmiş general Teymur Quliyev də istintaqa ifadəsində Vidadi Zeynalovdan aylıq haqq aldığını inkar edib. O, Zeynalovu 20-25 ildir tanıdığını desə də yaxın münasibətlərdə olduğunu inkar edib, pul tələb etmədiyini bildirib.

Lakin  Vidadi Zeynalov Sübahir Qurbanovla və Teymur Quliyevlə üzləşmə zamanı  3-3,5 il ərzində Sübahir Qurbanova hər ay 100 min ABŞ dolları, Teymur Quliyevə isə  2013-cü ilin ortalarından başlayaraq hər ay 50 min ABŞ dolları pulu sürücüləri vasitəsi ilə göndərdiyini bir daha onların üzünə təsdiq edib. Generallar bu faktları təkzib edə bilməyiblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.