banner
banner

Gündəm

Cahangir Hacıyevin "Nardaran işi"ndə əli var?

Cahangir Hacıyevin "Nardaran işi"ndə əli var?
Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin Nardaranda baş verən hadisələrə görə həbs edilən şəxslərin cinayət işi üzrə davam edən məhkəmə prosesinə gətirilməsi tələb olunub.
Bu gün "Nardaran işi" ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan növbəti məhkəmə prosesində təqsirləndirilənlərdən Abbas Hüseynovun vəkili Yalçın İmanov vəsatətlə çıxış edib.
Vəkil bildirib ki, Abbas Hüseynov Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılarkən təzyiqlərə və işgəncələrə məruz qalıb. Həmin ərəfədə Cahangir Hacıyev də orada saxlanılırmış və o, baş verənlərə şahidlik edib.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Xatırladaq ki, ötən ilin noyabrında Nardaranda polis və dindarlar arasında baş veərn silahlı qarşıdurçada 2-si poli əməkdaşı olmaqla 6 nəfər dqnyasımı dyişmişdi. Hadisə zamanı "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırov və 16 nəfər həbs edilmişdi.
Cahangir Hacıyev isə "Beynəlxalq Bank işi" əməliyyatı zamanı həbs edilmiş, milyonlarla dolların mənimsənilməsimdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.