banner
banner

Hərbİ

Bloomberg: Azərbaycan son on ildə silahlanmaya 22,7 milyard dollar xərcləyib

Bloomberg: Azərbaycan son on ildə silahlanmaya 22,7 milyard dollar xərcləyib
Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. Onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir.
Bunu ABŞ-ın “Bloomberg” agentliyi apardığı qiymətləndirməyə əsasən yazıb.
Agentlik qeyd edir ki, regionda silahlanma yarışı ciddi problemə çevrilməkdədir:
“Ermənistan “İskəndər” raket kompleksləri aldığı halda, Azərbaycan da İsraildən “kamikadze” PUA-ları alır və Pakistanla yüksək texnoloji silah növlərinin alınmasına dair danışıqlar aparır. Bütün bunlar son illər ərzində münaqişənin ən ciddi kəskinləşdiyi aprel döyüşlərindən cəmi yeddi ay sonra baş verir”.
Böyük Britaniyanın “Chatham House” Tədqiqat Mərkəzinin ekspertləri silahlanma yarışının daha ciddi hal aldığını və bunun gələcəkdə toqquşma ehtimalını artırdığını hesab edirlər.
“Bloomberg”in məlumatına görə, Azərbaycan və Ermənistan son on ildə hərbi xərclərə ümumilikdə 27 mlrd. dollar vəsait sərf ediblər. Silah alışına ayrılan vəsaitə gəldikdə isə, Azərbaycan liderdir.
 
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Azərbaycan son 10 il ərzində silah alışına 22,7 mlrd. dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. “Bloomberg” yazır ki, onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.