Fransanın “islamnews.fr” saytında “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquqa riayət etməyə çağırır” adlı məqalə dərc olunub.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 20-ci əsrin əvvəllərində (1919-cu ildə ingilislər və 1921-ci ildə sovetlər tərəfindən) başladığı və bu ərazilərin ölkəmizə məxsus olduğu diqqətə çatdırılır. 1988-ci ilin fevral və 1994-cü ilin may aylarında Azərbaycanın cənub-qərbində yerləşən Dağlıq Qarabağ regionunda yenidən silah səslərinin eşidildiyi bildirilir.
Müəllif beynəlxalq birliyin Dağlıq Qarabağın Azərbaycanın tarixi əraziləri kimi tanıdığını vurğulayır. Bildirir ki, Ermənistan onun işğalçı qoşunlarının bu ərazilərdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı, eləcə də bu təşkilatın Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 saylı qətnamələrinə riayət etmir, Azərbaycanın tarixi torpaqlarını hələ də qeyri-qanuni olaraq işğal altında saxlayır.
Məqalədə erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütdüyü, doğma yurdlarından didərgin salınmış bir milyondan artıq azərbaycanlının öz doğma ocaqlarına qayıda bilmədiyi və işğal olunmuş ərazilərdə erməniləşmə prosesi aparıldığı diqqətə çatdırılır.
Qeyd olunur ki, Azərbaycan xalqı haqq səsini Prezident İlham Əliyev vasitəsilə beynəlxalq birliyə çatdırır.
Məqalədə Fransada erməni lobbisinin bu məsələyə təsirinə də toxunulur.
Həmçinin bildirilir ki, Fransanın bir qrup deputat və senatoru cari ilin aprelində “Figaro” qəzeti vasitəsilə Prezident Fransua Ollanda açıq məktubla müraciət edib. Müraciətdə Prezident Ollanddan BMT Təhlükəsizlik Şurasının üzvü olan rəsmi Parisin Ermənistanın beynəlxalq hüquqa riayət etməsi və öz qoşunlarını Azərbaycanın tarixi torpaqlarından çıxarması üçün nüfuzundan istifadə etməsi xahiş olunub.
Sonda müəllif, ölkəmizdə yəhudilərin, xristianların və müsəlmanların harmoniya şəraitində yaşadıqlarını diqqətə çatdırır, Fransa mətbuatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı susqunluq nümayiş etdirməsinin təəccüb doğurduğunu bildirir.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.