banner
banner

Hərbİ

Azərbaycanın hərbi xərcləri “Bloomberg”i həyəcanlandırıb

Azərbaycanın hərbi xərcləri “Bloomberg”i həyəcanlandırıb
“Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. Onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir”.

Bunu ABŞ-ın “Bloomberg” agentliyi apardığı qiymətləndirməyə əsasən yazıb. (“Report”) Agentlik qeyd edir ki, regionda silahlanma yarışı ciddi problemə çevrilməkdədir: “Ermənistan ”İsgəndər" raket kompleksləri aldığı halda, Azərbaycan da İsraildən “kamikadze” PUA-ları alır və Pakistanla yüksək texnoloji silah növlərinin alınmasına dair danışıqlar aparır. Bütün bunlar son illər ərzində münaqişənin ən ciddi kəskinləşdiyi aprel döyüşlərindən cəmi yeddi ay sonra baş verir".
 
“Bloomberg”in məlumatına görə, Azərbaycan və Ermənistan son on ildə hərbi xərclərə ümumilikdə 27 mlrd. dollar vəsait sərf ediblər. Silah alışına ayrılan vəsaitə gəldikdə isə Azərbaycan liderdir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Azərbaycan son 10 il ərzində silah alışına 22,7 mlrd. dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. “Bloomberg” yazır ki, onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir.
Qeyd edək ki, bundan əvvəl də “Bloomberg” Azərbaycanın müharibəyə hazırlaşdığı ilə bağlı məlumat yaymışdı. Təəccüb doğuran odur ki, bu təşkilat Ermənistan ordusunun zəbt olunmuş Azərbaycan ərazilərində məskən salmasında terrorçulardan, nəzarətsiz ərazilərdə yerləşdirilən silah-sursatdan, hərbi texnikadan bəhs etmir. Azərbaycan öz büdcəsindən böyük vəsaitləri məcburi qaydada hərbə ayırdığı halda, Ermənistan Rusiyadan hədiyyə olaraq qəbul etdiyi silahları işğal zonasına daşıyır. 
 
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, bu qədər vəsaitlərin hərbi sahəyə ayrılmasına baxmayaraq, Azərbaycan torpaqlarının işğalda qalmasının səbəbi beynəlxalq qurumların ikili, hətta üçlü siyasətinin nəticəsidir: “Ermənistanı heç vaxt öz adı ilə çağırmırlar. İndi də amerikalı həmsədr Uorlik həmsədrlikdən getməsi ilə bağlı bəyanat verib. Artıq açıq-aydın bir mövqe var, beynəlxalq qurumlar, həmçinin həmsədrlər Dağlıq Qarabağla bağlı Ermənistanı yerində oturtmaq istəmirlər. Ermənistan da bu vəziyyətdən yararlanır. Ona görə də Azərbaycan hərbi xərclərini artırmaq məcburiyyətində qalır”. Ü.Cəfərov qeyd etdi ki, əks təqdirdə, Azərbaycan bu vəsaiti rahat şəkildə səviyyəyə, təhsilə sərf edə bilərdi: “Amma məcburiyyət qarşısında qalıb silah-sursata ayırır. Əgər beynəlxalq qurumlar bu şəkildə davam edəcəksə, o silahlar günün birində torpaqlarımızın  azad olunması üçün istifadə olunacaq, buna heç kəsin şübhəsi olmasın. Azərbaycan xoşbəxtlikdən hərbi sahəyə bu qədər vəsait xərcləməyib. Beynəlxalq qurumlar sanki Azərbaycanın addımlarını güdürlər, hətta yersiz bizi günahlandırırlar da. Bəs Azərbaycan nə etməlidir? Torpaqlarının işğalı ilə barışmalıdırmı? 2017-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 milyard manat artırılıb. Görünən budur ki, heç kim sülh yolu ilə Azərbaycan torpaqlarının azad olunması üçün ciddi səy göstərmir. Belə olan təqdirdə Azərbaycanın yeganə çıxış yolu öz silahlı qüvvələrini gücləndirməkdir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.