2016-cı il oktyabrın 1-i vəziyyətinə görə, qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb.
Bu haqda Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Cia.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7, boşanmaların sayı isə 1,3 olub.
Nikaha daxil olan kişilər əsasən 24-28 yaş, qadınlar isə 18-22 yaş aralığındadır. Ən çox nikah avqust, ən az nikah isə fevral ayında bağlanıb. Ən çox boşanma avqust ayında, ən az boşanma isə aprel ayında qeydə alınıb. Qeyd edək ki, 2015-ci il ərzində ölkədə 68773 nikah, 12764 boşanma qeydə alınmışdı. Ekspertlər deyirlər ki, son zamanlar ölkədə nikahlar azalıb, boşanmalar artıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.