Azərbaycanda son 1 il ərzində əfv olunan şəxslərin sayı açıqlanıb. Modern.az-ın xəbərinə görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məlumat verib. Nazir “Azərbaycan” qəzetində dərc etdirdyi məqaləsində bildirib ki, son 1 il ərzində ölkədə 358 nəfər əfv olunub: “Möhtərəm Prezidentimizin ötən bir ildə imzaladığı sərəncamlarla 358 nəfər əfv olunmuş, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibətilə qəbul olunmuş sayca 4-cü amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib”. Fikrət Məmmədov qeyd edib ki, 6300 məhkum son 1 ildə şərti azadlığa buraxılıb:
“Həmçinin cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılmış, yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1.235 məhkum barədə məhkəmələrə təqdimat göndərilmiş, artıq onlardan 860-na baxılmış və hamısı təmin edilib”. Bununla yanaşı, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl şərti olaraq azad etmə institutunun səmərəli tətbiqi nəticəsində bu günədək həqiqi islah yoluna qədəm qoymuş 6.300-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş və məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib”. Cia.az
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.