Prezidentin müşaviri olan dünya çempionu öldürüldü
Almaniyada kikboksinq üzrə çoxqat dünya çempionu Musa Musalaev qətlə yetirilib.
Tatarıstan vətəndaşı olan idmançını Almaniyanın Noy-Ulme şəhərindəki evində güllələyiblər.
Şahidlərin sözlərinə görə, onu naməlum maskalı kişi öldürüb. O, hadisədən sonra sürücüsü olan maşınla uzaqlaşıb.
37 yaşı Musa Musalaev kikboksinq üzrə Prince Team komandasının kapitanı olub. Bundan əlavə, o, Tatarıstan prezidentinin idman və bədən tərbiyəsi məsələləri üzrə müşaviri vəzifəsini tutub. 2013-cü ildən Almaniyaya köçüb. Cia.az
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.