banner
banner

Hərbİ

İranın yeni səfiri Azərbaycanın Müdafiə Nazirliyində olub

İranın yeni səfiri Azərbaycanın Müdafiə Nazirliyində olub

Noyabrın 23-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Cia.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, nazir Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin ikitərəfli əməkdaşlıq planına uyğun olaraq uğurla davam etdiyini vurğulayıb.

Öz növbəsində, diplomat dost və qardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Bakıya dostluq səfərinin yüksək səviyyədə həyata keçirilməsindən məmnunluq ifadə edən səfir bu cür səfərlərin qarşılıqlı və intensiv şəkildə təşkil olunmasının vacibliyini xüsusi qeyd edib.

Hərbi sahədə əlaqələrin perspektivlərinə toxunan tərəflər bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən mütəxəssislərin iştirakı ilə iki ölkənin Müdafiə nazirliklərinin hərbi-texniki əməkdaşlıq üzrə müştərək komissiyasının yaradılması barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, regional problemlər də müzakirə olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.