banner
banner

Dünya

Avropa Parlamenti Rusiya KİV-lərinə qarşı

Avropa Parlamenti Rusiya KİV-lərinə qarşı
Avropa Parlamenti üçüncü tərəfin təbliğatına qarşı fəaliyyət haqqında qətnamə qəbul edib.
 
Axar.az xəbər verir ki, qətnamədə Rusiya və İŞİD təbliğatı Avropa Birliyi ölkələrinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və vətəndaşlarına qarşı təhdid kimi qəbul edilir. Parlament Rusiyanın AB ölkələrindəki müxalifət partiyalarına və təşkilatlara maliyyə dəstəyi göstərdiyini bildirib.
 
AB üçün əsas təhdid "Sputnik" agentliyi, "Raşşın Tudey" televiziyası, "Rus Dünyası" fondu göstərilib. Qətnamədə bu təbliğatın hibrid müharibəsinin bir hissəsi olduğu qeyd edilib. Parlament təbliğat savaşı və rus KİV-lərinin işğalının daha çox özünü Şərq tərəfdaşlığı ölkələrində büruzə verdiyini söyləyib.
 
Qeyd edək ki, Şərq tərəfdaşlığı ölkələri sırasına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus daxildir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.