banner
banner

Dünya

Türkiyə parlamentində Rusiya ilə Dostluq Qrupu yaradıldı

Türkiyə parlamentində Rusiya ilə Dostluq Qrupu yaradıldı

Türkiyə Böyük Millət Məclisində Rusiya ilə parlamentlərarası Dostluq Qrupu yaradılıb.

APA-nın verdiyi xəbərə görə, hakim Ədalət və İnkişaf Partiyasından deputat Rəcai Bərbər parlamentlərarası qrupun türkiyəli həmsədri təyin edilib.

“Parlamentlərarası əlaqələr iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynayır. Biz rusiyalı həmkarlarımıza Türkiyə tərəfinin arzu və diləklərini çatdıra biləcəyik. Eyni şeyi onların da etmək imkanı olacaq”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, parlamentlərarası dostluq qrupu çərçivəsində qarşılıqlı səfərlər planlaşdırılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.