banner
banner

Sosİal

İcra nümayəndəsi hesabat verdi

İcra nümayəndəsi hesabat verdi

Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinin 2014-cü ilin yekunlarına həsr olunan iclası keçirilib.

“Qafqazinfo” nun verdiyi xəbərə görə, Səbail rayonunun rəhbərliyinin, təsərrüfat xidmətlərinin rəhbərlərinin, təhsil işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Badamdar Bələdiyyəsi üzvlərinin, qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülmüş işlər barədə məlumat verilib.

Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev bildirib ki, qəsəbədə hazırda 30 mindən çox əhali yaşayır, burada həmçinin 3000 nəfər məcburi köçkün məskunlaşıb: “Dövlət rəhbərliyi tərəfindən inkişaf edən Badamdar qəsəbəsinə ölan diqqətin nümunəsidir ki, keçən il noyabrın 25-də prezidenti İlham Əliyev qəsəbəmizdə yerləşən Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib.

Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə «Könül» körpələr evi–uşaq bağçası əsaslı təmir olunub, burada əlavə korpus tikilib.

Badamdar qəsəbəsində tikilən yeni İdman Kompleksində işlər artıq başa çatıb. Hazırda qəsəbədə idmançılar üçün yeni 5 mərtəbəli otel binasının, 1-ci yaşayış massivində yeni xəstəxana binasının, 3-cü yaşayış massivində 3 ədəd yeni su anbarlarının, Müasir Avropa Məktəbinin və Bakı Media Mərkəzinin tikintisi davam etdirilir.

Qəsəbədəki 239 saylı orta məktəbin yaxınlığında hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilir.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilən sosial yönümlü layihələr barədə geniş məlumat verib. O, bidirib ki, RİH tərəfindən görülən işlərdən əlavə «Abad həyət» layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni xəstəxana və idman kompleksinin, otel binasının tikintisi başa çatdırılacaq. Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması ilə bağlı başlanan işlər davam etdiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.