Bakı Metropoliteninin “Neftçilər” stansiyasında baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama verildi.
CİA.Az ANS PRESS-ə istinadən bildirir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, kütləvi informasiya vasitələrində yayılmış xəbər tamamilə yalandır.
N.Paşayevin sözlərinə görə, qatarın altına düşdüyü iddia edilən şəxs heç də 8-9 yaşlarında deyil. O, 1985-ci il təvəllüdlü Əliyeva Sevincdir.
“Hadisə bu gün 17:32-də “Neftçilər” stansiyasında baş verib. Belə ki, “Həzi Aslanov”dan “İçərişəhər” stansiyasına doğru hərəkət edən 5 saylı qatar “Neftçilər” stansiyasında platformada dayanıb. Qatar platformada dayanıbsa, insan onun altına necə düşə bilər? Axı orada yer yoxdur. Hadisə əslində belə baş verib. Qatar hərəkət etdikdən sonra Əliyeva Sevinc müvazinətini itirirərək qatarın arxa hissəsində relslərin üstünə düşüb. O heç də qatarın altında qalmayıb. O, relslərin üzərinə düşən kimi gərginlik dayandırılıb və Sevinc Əliyeva oradan xilas edilib, o, müayinə olunub, sağ-salamatdır”, deyə Nəsimi Paşayev bildirdi.
Qeyd edək ki, KİV-də 8-9 yaşlarında bir oğlan uşağının metro qatarının altında qalması barədə xəbər yayılmışdı. Bildirilirdi ki, naməlum səbəblərdən ilişərək, sonuncu vaqonun arxasına düşən uşaq qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürütlənib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.