Yenicə "Rakipsiz" albomunu çıxarmış müğənni Demet Akalın onu İstanbulda reklam etmək üçün musiqi şirkətlərdən birinə müraciət edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunun qarşılığında Demetdən 500 min türk lirəsi (təxminən 250 min AZN) pul istəyiblər. Nə edəcəyini bilməyən sənətçiyə həyat yoldaşı Okan Kurtdan jest olunub.
Okan Akalının albomu üçün 500 min türk lirəsini ödəyib və müğənninin istədiyi mahnısının xərclərini də qarşılayacağını bildirib.
Qeyd edək ki, 2011-ci ildən tanış olan cütlük bir-birilərinə böyük məbləğdə hədiyyələr etməklə gündəmə gəlirlər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.