banner
banner

Dünya

İsrail Suriya ərazisinə hava zərbəsi endirib

İsrail Suriya ərazisinə hava zərbəsi endirib
İsrail hərbi təyyarələri Suriya ərazisinə hava zərbəsi endirib.
 
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 4 İŞİD silahlısı məhv edilib. İsrail müdafiə ordusunun nümayəndəsi Piter Lerner bildirib ki,  İsrail cavab olaraq Suriya ərazisinə zərbələr endirib. O, bundan əvvəl İsrail patrulunun  Holan yüksəkliklərindən pulemyot və qumbaraatanlardan atəşə tutulduğunu bildirib.
 
“İsrail hərbçiləri arasında ölən və yaralanan yoxdur”, deyə P.Lerner vurğulayıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.