Ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
Sabunçu Rayon Məhkəməsində günün ikinci yarısında davam edən prosesdə "Çovdarov işi" üzrə ikinci epizodun araşdırılmasına başlanılıb.
Qızıl satan Şahmar Qurbanovdan sonra zərərçəkmiş, əntiq malların satışının həyata keçirildiyi "Moda" mağazasının sahibi Vəzirov Əbil Rəşidoviçdir. O, 2015-ci ildə dünyasını dəyişib. Şikayəti isə onun həyat yoldaşı Şərəf Vəzirova edib.
Lakin Əbil Vəzirovun həyat yoldaşı məhkəmədə iştirak etməyib. Hakim zərərçəkmiş tərəfin ifadə verməli olduğu halda, şahidlərin ifadə verməsini istəyib. Akif Çovdarovun vəkilləri buna etiraz ediblər, lakin onların etirazı qəbul olunmayıb.
Şərəf Vəzirova səhhətindəki problemə görə məhkəmədə iştirak etməyib.
Şahid qismində Fuad Ələkbərov dindirilib. O, ifadəsində deyib ki, zərərçəkmiş Əbil Vəzirov ondan sağ ikən 35 min manat alıb. Onun sözlərinə görə, Ə.Vəzirov pulu ondan MTN-ə vermək üçün alıb.
Bildirək ki, Şərəf Vəzirova Çovdarovun onun ərindən külli miqdarda pul vəsaiti aldığını deyir. O, istintaqa ifadəsində deyib ki, əri "Beşmərtəbə" yaxınlığında "Moda" adlı suvenir mağazası işlədib, 2009-cu ilin oktyabr ayının 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutularaq Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına aparılıb.
Onun sözlərinə görə, orada hədə-qorxu ilə ondan Mişa adlı şəxsə qanunsuz əntiq əşya satması barədə ifadə verməsi tələb olunub.
Həyat yoldaşının dediyinə görə, Ə.Vəzirov 10 saatdan artıq MTN-də saxlanılıb, ondan 200.000 dollar istənilib və verməyəcəyi təqdirdə həbs ediləcəyi ilə hədələnib.
Şərəf Vəzirovanın dediyinə görə, Əbil Vəzirov ümumilikdə 80.000 dolları şəxsən Çovdarova Milli Təhlükəsizlik Nazirliyində verib.
Akif Çovdarov isə Ə.Vəzirovun həyat yoldaşının dediklərini şər və böhtan adlandırıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.