Bu gün Milli Məclisə gələndə, yalnız bir yaşayış binasında 10 reklam və mağazaların adı yazılmış lövhələr gördüm. Səkkizi Azərbaycan dilində deyildi, qalanlar da bank və apteklə bağlı idi. Biz bu kimi nümunələri hər gün görürük. Mən əcnəbi sözlərin dilimizə daxil olmasının qəti əleyhdarı deyiləm. Həm də hesab edirəm ki, bu, dilimizin inkişafına müsbət təsir göstərir, onu zənginləşdirir. Ancaq məsələyə həssas yanaşmaq lazımdır”.
Cia.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu günkü iclasında deyib Deputat bildirib ki,10 reklamdan 8-i əcnəbi dildədirsə, artıq burada dilin inkişafı məsələsindən söhbət gedə bilməz: “Yağış damcısı torpağa hopduğu kimi əcnəbi sözlər də şüurumuza həkk olunur. Bir növ məişətimizə, düşüncəmizə daxil olur. Sizcə, bu yolla dilimizi unutmuruqmu? Unuduruq əlbəttə, üstəlik dəyərlərimizi də yadırğamış oluruq. Bir xalqın xalq olması üçün dilə qayğı mühüm şərtdir. Dil hər bir toplumun millət kimi mövcudluğunun əsas atributudur. Unutmayaq ki, zaman ötdükcə, bu sahədəki boşluqların aradan qalxması çox çətin və ağrılı proses olur. Düşünürəm ki, elə indidən o sayaq naqisliklərin qarşısını almalıyıq. Bütün bunlar eyni zamanda qanunlarımızın tələbidir. Çünki müstəqilliyimizi əldə etdikdən bəri Azərbaycan dili ilə bağlı 30-dək dövlət sənədi qəbul edilib. Məqsəd Azərbaycan dilinin saflığının qorunmasına və dövlət dili kimi daha da inkişaf etməsinə yardım etmək olub. Bu baxımdan indi müzakirə etdiyimiz düzəliş də son dərəcə aktualdır. Biz həm də hamılıqla çalışmalıyıq ki, qanunlarda nəzərdə tutulan məsələlərin həyata keçirilməsinə yardımçı olaq”.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.