Əgər hakimiyyətdən olan deputatların silahı varsa, onda onların müxalifətdən olan həmkarlarına da bu imkan verilməlidir.
Bunu noyabrın 29-da “Depuata fəaliyyətinin təminatı haqqında” qanun layihəsinin parlamendə müzakirəsi zamanı deputat Edmon Marukyan deyib.
“Hakimiyyət deputatlarının silahları var... Yalnız ağlamağı buraxın. Hamı bilir. Özü də leqal olaraq malik olurlar, ali məmurlar onlara bağışlayırlar”, - Marukyan bəyan edib. Onun sözlərinə görə, müxalifət deputatlarının silahı olmadığından onların evlərinin girəcəyində basqına məruz qalmalarına az rast gəlinməyib, onları orada, yaxud başqa hardasa döyüblər:
“Əgər bilsələr ki, deputatın üzərində silah var, onlar ehtiyatlı davranacaqlar. Deputat qorunmalıdır. Ona görə ki, yeni konstitusiyaya görə parlament lqın birbaşa seçəcəyi yeganə respublika orqanı olacaq”, - deputat vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.