Erməni terrorçulara Tuncelidə abidə qoyulması məsələsi böyüdü
Türkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını “əbədiləşdirən” abidə Azərbaycanda ciddi narazılıqla qarşılanıb. Erməni və PKK üzvlərinin qoyduğu “abidənin” üzərində ötən əsrin 90-cı illərində Qarabağda, Xocalıda azərbaycanlılara qarşı soyqırımlar törətmiş, azərbaycanlılara qarşı qəddarlığı ilə seçilən və 1993-cü ilin yayında öldürülən terrorçu Monte Melkonyanın adı da var.
Erməni terrorçularına, əsasən də Melkonyana Türkiyədə abidə qoyulması Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanıb.
Moderator.az məsələyə Milli Qəhrəman İbad Hüseynovun (İbad Hüseynov Melkonyanın Xocavənddə başını kəsdiyini deyir-E.S.) münasibətini öyrənib. İbad Hüseynov abidə məsələsi ilə noyabrın 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Yalçın Topçu ilə danışdığını bildirib: “Yalçın Topçunun bu məsələdən xəbəri yox idi, məndən öyrənəndə çox hirsləndi. Dedi ki, abidə qoyulan həmin ərazi hələ Atatürkün zamanından mübahisəli ərazidir. Orada ermənilər və erməniyönümlü PKK-çılar yerləşib. Yalçın Topçu onu da əlavə etdi ki, mütləq həmin ərazinin valisi ilə danışacaq. Əgər elə bir abidə varsa, dərhal söküləcək. Onu da əlavə etdi ki, sən Türkiyənin qəhrəmanısan, qürurusan, yaşayan əfsanəsisən, orada heykəl qoymaq lazım olsa, sənin heykəlin qoyulacaq”.
Deputat Aqil Abbas isə bu məsələ ilə bağlı çağırış edib: “Sayın Abdulla Gül cocuq qatili Sərkisyana öz evində xanımının bişirdiyi plovu yedirdəndən sonra Melkonyana abidə qoyulması elə də böyük hadisə deyil. Türkiyə demokratik bir dövlətdir, ola bilər sabah Andronikə də bir heykəl qoydular. Türkiyə hökumətindən iki xırda xahişim var. Parisdə Andronikin qəbirüstü heykəli var. İllər öncə sovet nümayəndə heyətini fırlayıb aparırlar onun qəbrini ziyarət etməyə. Rəsul Rza da nümayəndə heyətinin tərkibindəymiş. Heykələ baxıb-baxıb, sonra da tüpürüb heykəlin sifətinə. İndi deyirəm, olar də, erməni qətliamına məruz qalanların nəvə-nəticələri və Melkonyanın qətlə yetirdiyi diplomatların, siyasi xadimlərin, hərbçilərin övladları, nəvələri oradan keçəndə hirslənib eləyərlər, abidənin üstünü murdarlayarlar. İçindən bir dəli-dolu çıxar, abidəni dağıda da bilər. Bu da ermənilərin bərk xətrinə dəyər, yaxşı olmaz. Ona görə də lazımdı ki, ora iki nəfər də fəxri qarovul qoyasınız ki, bunların qarşısını alsınlar.
İkinci xahişim də odur ki, ermənilər Şuşadakı Gövhər ağa məscidində də, Ağdamdakı məsciddə də donuz saxlayırlar. Donuz da Allahın ən zəhləsi gedən heyvandı. Mümkünsə, qardaşlarımız Montenin abidəsinin şərəfinə ermənilərdən xahiş eləsinlər məscidlərdə donuz yox, heç olmasa qoyun saxlasınlar".
Bəs Melkonyanın başı PKK-ya niyə lazım oldu? Terrorçulara məhz Türkiyədə abidə ucaltmaqla nəyə nail olmaq istəyirlər?
Politoloq Natiq Miri “Yeni Müsavat”a bildirdi ki, PKK heç zaman ermənilərdən ayrı olmayıb və bu gün də ayrı deyil. PKK ilə erməni ASALA terror təşkilatı həmişə iç-içə olublar. Bu terrorçular bütün zamanlarda Qərbin, Rusiyanın və bəzi ərəb ölkələrinin Türkiyə əleyhinə istifadə etdikləri geosiyasi alət olublar və bu gün də dəyişən bir şey yoxdur: “Türkiyədə kürd təşkilatları adı ilə fəaliyyət göstərən əksər təşkilatların birbaşa rəhbərliyi, ya da rəhbərlikdə təmsil olunan şəxslərin kimliyini yoxlasanız, əksəriyyəti ya ermənilərlə qarışıq nikahlı, ya da erməni kökənlidir. Sadəcə, bu şəxslər kürd kimliyi altında fəaliyyət göstərirlər, özlərini kürd adlandırırlar. Ona görə də bu cür abidənin ortalığa çıxması da təəccüblü deyil və növbəti Türkiyə əleyhinə atılan bir təxribat hadisəsidir. Bu addım təkcə Türkiyəni əhatə edəcək bir olay deyil, həm də Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək məqsədilə atılmış addımdır. Bundan başqa, indiki dönəmdə Avropa Birliyi ilə Türkiyə arasındakı münasibətlərin gərginliyi fonunda da bu məsələyə baxmaq olar. Çünki Avropa Birliyi rəhbərliyi hər vəchlə Türkiyəni qarışdırmaq, onu cəzalandırmaqla qardaş ölkəni iddialarından və terrorla mübarizədən geri çəkilməyə vadar etmək istəyir. Türkiyə hakimiyyətinin üzərinə düşən isə təcili həmin abidəni oradan götürdüb zibilliyə atmaqdır. Azərbaycan ictimaiyyəti bunu gözləyir”.
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksal Gülbey isə publik.az-a açıqlamasında deyib ki, erməni terrorçusuna abidə qoymaq ASALA-nın şəhid etdiyi türk diplomatlara, Azərbaycanın Qarabağ şəhidlərinə təhqir və hörmətsizlikdir: “ASALA terror təşkilatının liderlərindən olan Monte Melkonyan 1993-cü ildə Qarabağ müharibəsində erməni milislərinin komandiri olaraq iştirak edib. 1980-ci ildə ASALA terror təşkilatının üzvü olaraq Avropada türk diplomatları şəhid edib. Bu qatillərin adlarının yazıldığı abidə bölgədə HDP və DBP bələdiyyələrinin kimlərlə əməkdaşlıq etdiklərinin, həmçinin ”Böyük Ermənistan" ideyasına xidmət etməsinin sübutudur. Daxili İşlər Nazirliyi və Tunceli valiliyi buna son qoymalıdır. Terror təşkilatları ilə mübarizəyə başladığımız bir vaxtda bu terrorçuların adına abidənin qoyulmasına icazə verilməməlidir".
G.Gülbey bu məsələ ilə bağlı Türkiyə prezidentinə və baş nazirə müraciət edəcəklərini açıqlayıb: “Bu qondarma abidənin sökülməsini və bunu edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyirik”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.