banner
banner

Gündəm

"Oğlumu oğurlayıb, 50 min istədilər"

"Oğlumu oğurlayıb, 50 min istədilər"
Ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə keçirilən məhkəmə prosesində şahid və zərərçəkmiş şəxslər ifadə verib. Akif Çovdarovun daha bir qohumu şahid qismində məhkəmədə dindirilib.
 
Musavat.com xəbər verir ki, Xədicə Hüseynova Akif Çovdarovun əməllərinin qurbanı olduğunu deyən brilyant alverçisi Şahmar Qurbanovun epizodu üzrə dindirilib. Sonuncu prosesdə Xədicə Hüseynovanın həyat yoldaşı İsgəndər Hüseynov eyni epizod üzrə ifadə vermişdi. İsgəndər Hüseynov Akif Çovdarovun yaxın qohumu olmaqla yanaşı, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşıdır.

Xədicə Hüseynova ifadəsi zamanı bildirib ki, həyat yoldaşının brilyant alverçisi, zərərçəkmiş Şahmar Qurbanovdan ev almasından xəbərsizdir: "İsgəndər məndən şəxsiyyət vəsiqəmi aldı, sonra evi adımı keçirdi. Mən Şahmar Qurbanova vəsiqəmi verməmişəm. Olanlardan da xəbərsizəm".
 
Qeyd edək ki, İsgəndər Hüseynov brilyant alverçisinin əmlakını A.Çovdarovun göstərişi ilə ələ keçirməkdə ittiham olunur. Şahmar Qurbanov deyib ki, İ.Hüseynov ona məxsus evi zorla arvadının adına keçirib. O, iddia edib ki, 380 minlik brilyantı və 500 min dolları da İsgəndər Hüseynovun vasitəsi ilə A.Çovdarova verib. İsgəndər Hüseynov isə ittihamlarla razılaşmır.

Məhkəmədən sonra vəkil Kamandar Nəsibov musavat.com-a deyib ki, fasilə zamanı Akif Çovdarovun səhhəti ağırlaşıb, şəkəri qalxıb: "Akif Çovdarovun şəkəri qalxıb. Artıq A.Çovdarov komaya düşür. Bizim tələbimizlə həkimlər də bunu gördü. Hakim də həkimə deyir ki, şərbət verin, içsin. Bizim etirazlarımıza baxmayaraq, A.Çovdarovu bu vəziyyətdə məhkəməyə gətiriblər".
 
A.Çovdarovun idarəsinin işçisi (MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi), polkovnik-leytenant Akif Əliyevdən zərərçəkmiş şəxslər kimi göstərilən “Met-ak” şirkətinin maliyyə işləri üzrə direktoru Zülfüqarov Fuad Zülfüqar oğlu və şirkətin rəhbəri Alik Kərimov ifadə veriblər, vəkillərin suallarını cavablandırıblar.
 
Alik Kərimov Akif Çovdarovdan şikayətçi və ondan heç bir tələbinin olmadığını söyləyib. A.Kərimov deyib ki, o zaman MTN-də işləyən Natiq Alıyev onun oğlunu oğurlatdırıb: "Oğlumu oğurladılar. Məndən 50 min tələb etdilər. Mən Akif Çovdarovdan bu işə görə kömək istədim. Mənim şikayətim Natiqdən idi. Ancaq istintaqda necə oldusa, belə göstərilib".
 
Məhkəmə prosesi dekabrın 5-də davam etdiriləcək. 
 
Onu da bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, polkovnik-leytenant Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.