banner
banner

Dünya

Kiprdə elekrik stansiyasında güclü yanğın baş verib

Kiprdə elekrik stansiyasında güclü yanğın baş verib
Kiprdə “Vasiliko” elektrik stansiyasında güclü yanğın baş verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident müəssisədə təmir işləri aparılarkən qeydə alınıb. Yanğının səbəbləri barədə rəsmi məlumat bu gün veriləcək. Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat verilmir. Yerli hökumət yanğınla əlaqədar elektrik enerjisinin verilməsində fasilələrin yaranmayacağını bildirib.
 
Kiprin ən iri elektrik stansiyası olan “Vasiliko” adanın yarıdan çox ərazisini elektrik enerji ilə təmin edir.
 
Qeyd edək ki, 2011-ci ildə yaxınlıqda yerləşən hərbi bazada baş vermiş güclü partlayış ilə əlaqədar elektrik stansiyasına ciddi ziyan dəymişdi.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.