“Ermənistan ordu korpuslarından birini Rusiyaya verir”.
“Report”un xəbərinə görə, bu barədə Ermənistanın Lragir.am xəbər agentliyinə müsahibə verən “Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatının koordinatoru, ekspert Daniel İoanissyan Rusiya ilə Ermənistan arasında imzalanan birləşmiş hərbi qruplaşma haqqında sənədi şərh edərkən deyib.
“Ermənistan ordusu Dağlıq Qarabağda yerləşən “Müdafiə ordusu”nu nəzərə almadan 5 korpusdan ibarətdir. Ordu korpuslarından biri, daha dəqiq desək 5-ci ordu korpusu birləşmiş hərbi qruplaşmaya cəlb edilir. Əvvəlcə Naxçıvanla sərhəddi qoruyan 4-cü ordu korpusundan söhbət gedirdi, artıq sonradan Müdafiə Nazirliyi də təsdiq etdi ki, bu qruplaşmaya 5-ci ordu korpusu daxil edilir. 5-ci ordu korpusu isə Türkiyə və Gürcüstanla sərhədi qoruyur.
Narahatedici məqam odur ki, bu korpus sülh dövründə Ermənistan Respublikası Silahlı Qüvvələrinn Baş Qərargah rəisinə tabe olduğu halda, müharibə şəraitində Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi komandanlığına tabe olacaq, daha aydın desək Rusiyanın tabeliyində olacaq.
Məsələ burasındadır ki, istənilən ordunun anlamı müharibə zamanı əhəmiyyət kəsb edir, sülh dövründə isə gündəlik fəaliyyətlə məşğuldur. Əgər müharibə dövründə ordunun beşdə bir hissəsi Rusiyanın tabeliyinə keçirsə, qoy kimsə mənə bu vəziyyətin Ermənistanın müstəqilliyinə və özunu idarəetməsinə təsir etməyəcəyini sübut etsin. Ancaq Rusiya əlavə ordu korpusu qazanır, əlbəttə bu razılaşma onun üçün əlverişlidir. Ermənistan dar günündə bir ordu korpusundan mərhum olur. Bu Ermənistanın müstəqillik səviyyəsinə, müdafiə qabiliyyətinə birbaşa zərbədir.
Əlbəttə, bu birgə qruplaşma Ermənistanın yox, Rusiya Fedrasiyasının maraqlarına uyğundur. Rusiya heç bir xərc çəkmədən, heç bir çağırışçı cəlb etmədən, ancaq dar gündə Rusiya üçün döyüşməyə hazır olan Ermənistanın vergi ödəyiciləri, Ermənistanın çağırışçılarının hesabına bir bütöv ordu korpusu əldə edir”, - D. İoanissya əlavə edib.
O, daha sonra deyib: “Bizim əsas hərbi düşmənimiz Azərbaycandır, bu ölkə ilə problemlərin həll olunması çərçivəsində bu birləşmiş qruplaşmanın heç bir əlaqəsi olmayacaq. Ancaq Rusiyanın Turkiyə ilə hər hansı bir məsələdə fikir ayrılığı olarsa, bu məsələləri Ermənistan Silahlı Qüvvələrinin əli ilə həll edə bilər, bu da Ermənistan üçün çox təhlükəlidir”.
Təşkilat koordinatoru Kollektiv Təlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tənqid edib: “Bu ilki aprel hadisələri zamanı KTMT-yə üzv olan necə ölkə Azərbaycanı mühakimə etdi? Yalnız Ermənistan. Bəs KTMT-yə üzv necə ölkə Azərbaycanı alqışladı? Belarus və Qazaxıstan. Sual verirəm, KTMT adlı təşkilat mövcuddurmu? Xeyr, bu, Rusiyanın “mənim də hərbi ittifaqım var” deyə dunyaya nümayiş etdirmək istədiyi formal bir təşkilatdır”
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.