Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti ötən ilin dekabr ayında da 153 958 ədəd istifadə sayı ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında birinci olub. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Həmçinin, son bir ayda ƏƏSMN-in “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə sayı 68 528 ədəd, “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı isə 18 710 ədəd təşkil edib. Qeyd olunan dövrdə ƏƏSMN-in yalnız bu 3 elektron xidməti üzrə istifadə sayı ümumilikdə 241 196 ədəd olmaqla “Elektron hökumət” portalı üzərindən 43 qurum tərəfindən göstərilən 336 elektron xidmətə dair ümumi istifadə sayının (595 596 ədəd) 40,4 faizi deməkdir.
Hər üç elektron xidmət ƏƏSMN tərəfindən ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində istifadəyə verilib. Bu sistem ölkədə əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmaqla şəffaflaşdılmasına, bu sahəyə dövlət nəzarətinin təkmilləşdirilməsinə, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasına, işçilərin gələcək sosial və layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın yaradılmasına yönəlib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.