Sosial şəbəkə gözəli Eda Taşpınar ötən ay başladığı sevgi münasibətinə son qoyub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir aydır İngiltərəli dizayner Roy Luvolt ilə sevgili olan Eda aldadıldığını bildikdə ondan ayrılıb.
Sevgilisini görmək üçün İngiltərəyə gedən Taşpınar Royun ABŞ-da olduğunu öyrənib. Luvolt oraya işi ilə bağlı getdiyini və tezliklə İngiltərəyə geri dönəcəyini bildirib. Bu zaman Eda dostları vasutəsi ilə aldadıldığını öyrənib və Roydan ayrılıb.
Gözəlliyi ilə diqqət çəkən Taşpınar daha əvvəl iş adamı Nurettin Hasman, sörf müəllimi Bora Kozanoğlu və vəkil Can Verdi ilə görüşüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.