Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki döyüşlər barədə - YENİLƏNİB
Azərbaycan Müdafiə Nazirliyi düşmənlə təmas xəttində gərginliyin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, erməni silahlı bölmələrinin təxribatlarını qarşısı qətiyyətlə alınır: “Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi noyabrın 30-da cəbhədə baş verən atışmada üç hərbçisinin yaralandığı barədə məlumat yayıb.
* * *01:08
Dağlıq Qarabağda yaralanan erməni hərbi qulluqçuların vəziyyəti ağır-stabil olaraq qalır.
Bunu Novosti Armeniya-nın əməkdaşı ilə söhbətində Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospitalının rəisi Aram Asaturyan deyib.
Onun sözlərinə görə, həqiqi hərbi xidmətin iki qulluqçusu- 19 yaşlı Karapet Mikaelyan və 24 yaşlı Kadjik Badalyan həqiqətən də onların hospitalına köçürülüb. Karapet Mikaelyan baş nahiyəsindən yaralanıb, Kadjik Badalyan isə qarın hahiyəsindən güllə yarası alıb, onun sağ ombası zədələnib.
Daha bir yaralı hərbi qulluqçu, 32 yaşlı Qaqik Poqosyan Xankəndi hospitalındadır.
◀▶
* * *22:29
Xankəndi hərbi hospitalından verilən məlumatda ağır yaralanmış erməni hərbi qulluqçularının ikisinin adı açıqlanıb.
Bunlar 1984-cü il təvəllüdlü Poqosyan Qaqik Valeryanoviç və 1993-cü il təvəllüdlü Badalyan Kadjik Zaxvroviçdir.
İnformasiyaya əsasən, Poqosyan artıq vertolyotla Yerevan hospitalına göndərilib.
* * *20:28
İşğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər gedir.
Erməni tərəfi itki verib. Belə ki, erməni ordusunun bir hərbi qulluqçusu öldürülüb, doqquzu isə yaralı halda Xankəndinin hərbi hospitalına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Onu da qeyd edək ki,erməni KİV-i Qarabağdakı bu hərbi qarşıdurma barədə hələ heç bir məlumat yaymayıb.(virtualaz)
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.