“Cəbhədə ölmək sərfəlidir? Onda göndərək nazirləri, prezident administrasiyasının işçilərini...”
İrəvanda təmas xəttində ölən və yaralanan əsgərlərə ödəniləcək kompensasiyanı işləyən vətəndaşlardan ayda 2 dollar yığmaqla 30 və 15 min dollara çatdırmağı (müvafiq olaraq) nəzərdə tutan qanun layihəsinə qarşı növbəti etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları parlamentin binası qarşısında üzərində “Kasıblar ölməkdən imtina edir” sözləri və “#1000 dram” heşteqi yazılmış nəhəng plakat qaldırıblar.
Aksiyada neçə gündür sosial şəbəkələrdə və elektron poçtlarda yayılan anonim müraciət oxunub. Müraciətdə deyilir ki, hər il zorla Qarabağda səngərlərə doldurulmuş onlarla kasıb balası öldürülməmək qorxusu qarşısında başqalarını öldürür. Bu münaqişənin həllinə cavabdeh olanlar isə büdcədən maa alır diplomatik görüşlər təşkil edir və media-təbliğat aparırlar ki, heç bir həll yolu yoxdur. Deməli bundan sonra da hər il onlarla yetim-yesirin balası zorla səngərlərə qovulacaq, ölüm qorxusu qarşısında bir-birlərini öldürəcəklər.
“Hakimiyyətdə oturanlar hamıdan yaxşı bilir ki, orduda xidmət edənlər kasıbların uşaqlarıdır. Görünür kimsə sidq ürəkdən belə hesab edir ki, əgər kasıblara 5 milyon və 10 milyon dram versək onlar üçün əlil olmaq və ölmək daha rahat olacaq? Doğrudanmı onlar bizi bu hala gətirib çıxarıblar ki, “ölmək və əlil olmaq” 5-10 milyon dram qarşılığında cəlbedici hesab olunur? Elədirsə yeni təşəbbüslə çıxış edirik! Hər ay maaş alanlardan 5 min dram (10 dollardan çox) yığaq və deputatları, nazirləri, ordunun generallarını, polis generallarını, xüsusi xidmət generallarını, hakimləri, prokurorları, prezident administrasiyasının işçilərini, onların ailə üzvlərini cəbhəyə göndərək.
Əgər onlar ölsələr və ya əlil olsalar layiqli kompensasiya vəd edirik: 5-10 milyon dram əvəzinə 25-50 milyon dram! Onlar vətəni necə qorumağı hamıdan yaxşı bilir! Çünki bu haqda hamıdan çox danışırlar, üstəlik boş vaxtları da çoxdur, millət, vətən haqda düşünməyə vaxtları var. Onlar bizə dəqiq və birmənalı izah edirlər ki, sülh mümkün deyil, müharibə qaçılmazdır. Gəlin kabinetlərdə, villalarda, saunalarda, kurortlarda mübarizə aparan , ancaq məkrli və aqressiv düşmənə görə nəticə əldə edə bilməyən bu adamların həyatını və ölümünü layiqincə qiymətləndirək. Hər şey döyüş meydanında həll olunmalıdır və indi növbə onlarındır”-müraciətdə deyilir.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.