banner
banner

Hərbİ

Əsgərlər üsyan edir - “Təhqir olunuruq...”

Əsgərlər üsyan edir

Ermənistanın Gümrü şəhərində rus hərbçisinin bir ailənin altı üzvünü öldürməsi faktından sonra bu ölkədə fəaliyyət göstərən Rusiya hərbi bazaları ilə bağlı yeni faktlar üzə çıxıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, məlum olub ki, 2013-cü ilin sonlarından bəri Ermənistandakı rus hərbi bzalarından tez-tez şikayətlər daxil olur. Bu barədə Rusiya Əsgər Anaları Komissiyası, Müdafiə Nazirliyi yanında ictimai şuraının üzvü Valentina Melnikova məlumat verib.

Onun sözlərinə görə, 2009-2013-cü ilə qədər orada tam sakitlik hökm sürüb, əsgər və onların analarından heç bir şikayət daxil olmayıb:

“Bilirsiniz ki, hərbi hissələrdə xidmət atmosferi çox şeydə komandirdən asılıdır. Hardasa 2013-cü ilin sonlarından başlayaraq həmin hərbi hissələrdən tez-tez şikayətlər daxil olmağa başladı. Deyə bilmərək ki, onlar kütləvi idi, lakin istənilən halda var idi. Əsasən şikayət edilirdi ki, hərbi qulluqçuların pullarını əllərindən alırlar, təhqir edirlər, vaxtında xəstəxanaya müalicə üçün göndərilmirlər. Bizə yardım üçün müraciət edən əsgərlər bunda öz yoldaşlarını, hərbi hissələrini deyil, məhz kiçik zabitləri günahlandırırdılar”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.