banner
banner

Hərbİ

Generaldan müharibə anonsu

Generaldan müharibə anonsu

“Məhəmməd rəsulullah” hərbi təlimi real müharibə təcrübəsi idi”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Quru Qoşunlarının komandanı general-mayor Əhmədrza Purdəstan çıxış edib. O, Hörmüz boğazında baş tutan “Məhəmməd rəsulullah” hərbi təliminin əsl hədəfi ilə bağlı açıqlama verib:

“Əgər bir xalq özünü müharibəyə hazırlayıb, onun fəsadlarından qorxmazsa, müharibədən qələbə ilə çıxar. Lakin bu hazırlıq elə də asan deyil, yalnız bir çox çətinliklərə dözməklə reallaşa bilər. “Məhəmməd rəsulullah” hərbi təlimi real müharibə təcrübəsi idi. Təlimin əsas hədəfində düşmənlə rəftarın şiddətini ölçmək və ordumuzun hadisələr qarşısında reaksiyasını dəyərləndirmək dururdu. Buna görə də təlimdə iştirak edən qüvvələrin sayı, atəşlərin effekti və qüvvələrin sürətli yerdəyişməsi bu təlimin bariz özəlliklərindən olub”.

Qeyd edək ki, “Məhəmməd rəsulullah” hərbi təlimi ötən ilin dekabrın 25-dən 31-dək Hind okeanının şimalından Hörmüz boğazının şərqinə qədər olan ərazidə keçirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.