banner
banner

Gündəm

Azərbaycanda internetin sürəti niyə zəifləyib? – SƏBƏBLƏR

Azərbaycanda internetin sürəti niyə zəifləyib?

Son günlər ölkədə internetin sürəti zəifləyib.

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a açıqlamasında ölkədəki internetin ümumi sürətinin zəifləməsinə belə aydınlıq gətirib.

“Azərbaycanda adambaşına düşən internet sürəti həcminə görə elə də yüksək səviyyədə olan ölkələr sırasında deyil. Beynəlxalq qurumlarda  bununla bağlı statistika var.

 

Hətta, statistik hesabatlarda Azərbaycan qonşu ölkələr olan Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrdə internetin sürəti adambaşına 8-10-15 mbt-dir. Bizdə isə 4-5-6 mbt-dir. Bizdə geniş sürətli internet infrastruktur əsasən telefon xətti üzərindədir. Yəni EDS texnologiyadır. Geniş sürətli internet əldə etməyin bir neçə texnoloji üsulu var.

 

Biri ADSL, digəri 3G-dir. Azərbaycanda ADSL-dən istifadə daha çoxdur. Bu isə artıq köhnəlmiş texnologiya hesab olunur. Biz ADSL-lə 10 mbt istəsək də bu mümkünsüzdür. Gedib provayderlə 10 mbt müqavilə bağlasaq, internet evimizə gəlib çatmayacaq. Ona görə də gərək bizim “Fiber” xəttimiz olsun. Hazırda Azərbaycanda texnoloji infrastruktur daha sürətli və keyfiyyətli internet almağa imkan vermir”.

Ekspert internetin zəifləməsinə görə, provayderlərə də diqqət çəkib.

 

“Normal infrastrukturla internet əldə etməməyin kökündə provayderlərin məsuliyyətsizliyi durur. İkincisi də infrastrukturun özünün köhnə olmasıdır. Telefon xətti köhnə, üstəgəl, provayderin məsuliyyətsizliyi var ki, müqavilədə olan sürəti sizə göndərmək üçün gərək provayderin özü normal internet ala.

 

Məsələn provayderin 1000 müştərisi varsa, ona uyğun “Delta Telekom”dan internet almalıdırlar. Amma provayderlər “Delta Telekom”dan az alıb çox adama verirlər. Burada da çəkidə aldatma baş verir. 4 mbt əvəzinə, 3 mbt verir. Amma 4 mbt-in pulunu alır. Bu da problemin bir hissəsidir”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.