banner
banner

Dünya

CHP-li deputat Kılıcdaroğluna etiraz etdi: “Bizi FETÖ-çüləri dəstəkləyəcək vəziyyətə gətirdin”

CHP-li deputat Kılıcdaroğluna etiraz etdi:
Türkiyənin  Cümhuriyyət Xalq Partiyasının Bolu millət vəkili Tanju Özcan partiya sədri Kılıçdaroğlunun Adanadakı mitinqdə FETÖ  məsələsinə görə həbs olunmuş Nazlı Ilıcaq, Mehmet Altan və Əli Bulaçın adlarını çəkərək, onları müdafiə etməsinə sərt təpki göstərib.
 
Avropa.info xəbər verir ki, CHP-li millət vəkili Özcan partiya sədrinin bu açıqlamalarını “bardağı daşıran son damla” adlandırıb.
 
” Nazlı Ilıcaq, Mehmet Altan  və Əli Bulaçın adlarını çəkərək  hansı  məntiqlə  kütləyə alqışlatmağa çalışırsan? Mənim üçün bu artıq bardaqdan aşan son damladır. Artıq CHP  oraya-buraya gecən, heç bir məsələdə dəqiq mövqeyi olmayan bir vəziyyətə düşüb. Biz bu haqda partiya rəhbərliyinə etirazlarımızı edirik. Amma görünür, bunları nəzərə alan yoxdur” - deyə Özcan qeyd edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.