banner
banner

Gündəm

Tovuzda 500 müəllim işdən çıxarılıb? – RƏSMİ

Tovuzda 500 müəllim işdən çıxarılıb?

Təhsil nazirinin müavini Ceyhun Bayramov Tovuzda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki,  yeni tədris ilinin əvvəlində Tovuzda 500-dək orta məktəb müəlliminin kütləvi şəkildə işdən çıxarılması haqda yayılan məlumat araşdırılıb.

Onun sözlərinə görə,  bunun səbəbi orada sinif komplektlərinin tamamlanmaması ilə bağlıdır.

“Tovuzda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı iddialar doğru deyil. Hər bir sinfin açılması üçün müəyyən standartlar var. 

Sinfin formalaşdırılması üçün ən azı  20 şagird olmalıdır. Bundan əlavə sinfin bölünməsi üçün 30 nəfərdən yuxarı şagird sayı olmalıdır ki, həmin sinif iki yerə bölünsün. Bəzi hallarda hansısa sinif komplektlərinin formalaşmasında dəqiqləşdirmələr aparılmayıb. Bu məsələ hansısa müəllimin dərs yükü normasına təsir edə bilər. Bu səbəbdən müəllimlərin ixtisarından söhbət gedə bilməz”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.