banner
banner

Gündəm

“Azərenerji” ASC borc içində batır- BEYNƏLXALQ REYTİNQ AGENTLİYİ

“Azərenerji” ASC borc içində batır-

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın əsas elektrik enerjisi istehsalçısı olan “Azərenerji” ASC-nin kredit reytinqini açıqlayıb.

 “Ftch” ASC-nin uzunmüddətli defolt reytinqini "BB+", qısamüddətli defolt reytinqini "B", reytinq üzrə proqnozu isə "neqativ" kimi təsdiq edib. Lakin agentlik ASC-nin ciddi borc yükü altında olduğunu və likvidlik problemi yaşadığını bildirir. 

Agentlik "Azərenerji" ASC-nin reytinqini bu səviyyədə təsdiq etməsini şirkətin Azərbaycan hökuməti tərəfindən hüquqi, strateji və əməliyyat dəstəyi ilə əsaslandırıb. Çünki Azərbaycan dövləti ASC-nin yeganə səhmdardır və “Azərenerji”yə hər cür dəstək verir.

Hesabatda bildirilir ki, 2015-ci ilin sonuna şirkətin faiz borcları istisna olmaqla vaxtı keçmiş borclarının 91%-nə dövlət tərəfindən zəmanət verilib. Borcların 8,5%-lik hissəsinə isə Maliyyə Nazirliyi tərəfindən zəmanətlidir.

“Fitch” proqnozlaşdırır ki,  "Azerenerji" ASC xarici öhdəliklərini yerinə yetirmək üçün dövlət büdcəsindən bundan sonra da dəstək alacaq.  Hesabata əsasən  2016-2025-ci illər ərzində dövlət şirkəti müvafiq olaraq 172 milyon  dollar və 204 milyon avro məbləğində xarici borcunu ödəməlidir. Lakin hazırda şirkətin mailiyyə vəziyyəti bu borcun dövlət dəstəyi olmadan ödənilməsini qeyri-mümkün edir.

"Fitch" qeyd edir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün dövlət "Azərenerji" ASC-yə aşağı faiz dərəcəsi ilə 360 milyon manat məbləğində uzunmüddətli kredit də ayırıb. Habelə hökumət "Azərenerji"-nin investisiya proqramının qismən maliyyələşdirilməsi üçün 2009-2015-ci illərdə büdcədən 970 milyon  manat həcmində investisiya yatırıb.

Dövlət tərəfindən yatrılan 1 milyard manatlıq investisiyaya və aşağı faizli yüz milyonlarla manatlıq kreditə baxmayaraq "Azərenerji" hələ də valyuta riskinə məruz qalır. Agentlik xatırladır ki, “Azərenerji” istehsal edib satdığı enerjinin pulunun mütləq əksəriyyətini manatla alır, ancaq  xarici borcunun kifayət qədər böyük qismi dollar, avro və Yaponiya iyenində ifadə olunub. Hesabata əsasən 2015-ci ilin sonuna "Azərenerji" ASC-nin xarici borcu 1,5 milyard  manatdan 2,4 milyard manata yüksəlib. Bunun əsas səbəbi manatın devalvasiyaya uğramasıdır. 

 

"Fitch" qeyd edir ki, maliyyə göstəriciləri zəifləyən dövlət şirkəti likvidlik problemi ilə üzləşib. Bununla belə “Azerenerji" ASC-nin Azərbaycan iqtisadiyyatındakı rolu nəzərə alınaraq hökumət şirkətin öhdəlikləri ilə bağlı öz zəmanətini verəcək.

"Fitch" proqnozlaşdırır ki, 2016-2018-ci illərdə "Azərenerji" ilə hökumət arasında mövcud olan hüquqi bağlılıqda heç bir dəyişiklik olmayacaq. Başqa sözlə, “Azərenerji”-nin özəlləşdirilməsi yaxın illərdə gözlənilmir.

Reytin agentliyinin bildirdiyinə görə, 2016-cı ilin birinci yarısında “Azərenerji” ASC-nin hesabında cəmi 11 milyon manata yaxın nəğd pul vəsaiti var idi. Həmin vaxtda şirkətin qısamüddətli borc öhdəlikləri, yəni maaş və digər cari xərclər üçün borxları isə 432 milyon manat təşkil edirdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.