banner
banner

Dünya

Ukraynada savaş itkiləri 10 min nəfərə yaxınlaşır

Ukraynada savaş itkiləri 10 min nəfərə yaxınlaşır
BMT-nin monitorinq missiyası Ukraynanın şərqində 2014-cü ildən davam edən savaşda həlak olanların sayını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2014-cü ilin aprelindən 2016-cı ilin dekabrın 1-nə qədər Ukraynada 9 min 758 nəfər həlak olub, 22 min 779 nəfər yaralanıb.
 
BMT-nin məruzəsində əsasən, toqquşmalarda həlak olanların 2 mindən çoxu Ukrayna Silahlı Qüvvələrinin hərbçilərdir. Münaqişə ərzində Donbasda 2 min mülki şəxs həlak olub. Yaralanan mülki şəxslərin sayının 6-7 min arasında dəyişdiyi bildirilir.
 
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib. Bölgədə atəşkəs elan olunsa da, toqquşmalar tam dayanmır.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.