banner
banner

Hərbİ

Erməni deputat Permyakovun həbs olunduğunu təsdiqlədi

Erməni deputat Permyakovun həbs olunduğunu təsdiqlədi

Ermənistan parlamentinin deputatı Martun Qruqoryan Gümrüdə bir ailənin 6 üzvünün qətlində ittiham olunan rusiyalı əsgər Valeri Permyakovun Ermənistan ərazisində, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında həbsdə saxlanıldığını təsdiqləyib.

APA-nın Armenia Today-ə istinadən verdiyi xəbərə görə, bu sözləri "Çiçəklənən Ermənistan" partiyasından olan Martun Qruqoryan Gümrüdə aksiya iştirakçılarının qarşısında çıxışı zamanı bildirib.

“Bizi kamerayadək müşayiət etdilər, kameranın pəncərəsini açdılar və biz, şəxsən, onu gördük”, deyə deputat Permyakovun bir nəfərlik kamerada saxlanıldığını qeyd edib. Lakin o, video çəkilişin aparılmadığını bildirib: "Biz belə bir vəzifə qarşımıza qoymamışdıq".

Bundan əvvəl bildirilmişdi ki, Ermənistan Rusiya tərəfi ilə Valeri Permyakovun video çəkilişinə dair razılığa gəlib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.